Bu içkilər insan ömrünü uzadır

0
446

Bu içkilər insan ömrünü uzadırSüd, kofe, şirələr mütəxəssislər tərəfindən insan ömrünü uzatmağa kömək edən içkilər siyahısına daxil edilib. Bu barədə “MedikForum” yazıb.

Süd – tibb işçiləri qeyd edir ki, bu məhsulun həddindən artıq istifadəsi sağlamlığa zərər də vura bilər. Amma rasionda laktozanın olması ürək-damar sistemi problemlərinin yaranma ehtimalı təxminən 15-20 faiz aşağı salır.

Kofenin hər gün müntəzəm qəbulu (2 fincandan çox olmamaq şərti ilə) ürəyin işini yaxşılaşdırır və metabolizmin sürətlənməsini təmin edir.

Portağal şirəsi orqanizmi onkoloji xəstəliklərdən qoruyan mikroelement və vitaminlərlə zəngindir. Şirənin tərkibində olan karotinoid piqmentləri “uzunömürlülük vitaminləri” adlandırırlar. Onların istifadəsi ağciyər xərçəngindən qoruyur.

Ömrü uzatmağa albalı şirəsi də kömək edə bilər. Bu içki dəmir və maqniumla zəngindir. Onun müntəzəm qəbulu hemoqlobinin səviyyəsini normallaşdırır, sidik yolları infeksiyaları ilə effektiv mübarizə aparır. Albalı şirəsinin xərçəngin bir çox növünün yaranma riskini aşağı salması da qeyd olunur.