İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və bu gündən qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.
Bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, cərimə yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.
O, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyətinin ləğv edildiyini bildirib. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır