Bu gündən Azərbaycanda “Mall”ların fəaliyyəti bərpa olunr.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilib və infeksiyanın yayılması nəzarət altına alınıb.
Beləliklə, 10 iyun 2021-ci il saat 00:00-dan ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
Qeyd edək ki, iri ticarət mərkəzləri və “Mall”lar 2020-ci il 21 iyun saat 00:00-dən fəaliyyətini dayandırıb.