Bu gün Zəngilan Şəhəri Günüdür.
İlk dəfədir ki, Zəngilan Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq.
Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – oktyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.
2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.
Azad olunan ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.