Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
ANAMA-dan verilən məlumata görə, ilkin məlumata əsasən OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub.
Qeyd edək ki, cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərər çəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdi.