Bu gün Sabitlik və İnkişaf Mərkəzinin təməli qoyulan gündür

0
761

2003-ci il 15-16 oktyabr hadisələrindən sonra ölkə ziyalılarının ictimai xadim Rasim Məmmədovun təşəbbüsü ilə birgə ərsəyə gətirdikləri Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi bu günə qədər yüzlərlə təbliğat-təşviqat xarakterli sosial-ictimai tədbirləri ilə – ölkə əhalisinin sabit, sağlam düşüncə təfəkkürünün formalaşması, inkişaf strategiyasının şəffaflığının və uğurlarının sosial anlatımı, cəmiyyətin normal həyat tərzini qarışıq düşüncələr məngənəsi ilə boğmağa çalışan düşmən qüvvələrin radikal fəaliyyətinin, hədsiz və uydurma təbliğatının qarşısını almaq cəhdlərinə və bu yolda əldə olunan naliyyətlərinə öz imzasını atmağa nail olmuşdur.

DAMM İB-in I vitse prezidenti, Sabitlik və İnkişaf Mərkəzi İB-in rəhbəri, İctimai Nəzarət Koalisiyasının İH-in sədri Rasim Məmmədov SİMİB-in fəaliyyəti və ölkədəki ictimai siyasi durumla əlaqədar bu gün ölkə ictimaiyyətinə bunları bildirmişdir:

“Hər birimiz haqsız təbliğata uyaraq küçələrdə çıxan insanlardan birinə belə ictimai-sosial durumun əsil mahiyyətini başa sala bilsək, bu artıq demokratik respublikamızın inkişafına və sabitliyin qorunmasını böyük tövfə sayıla bilər. İctimai asayişin pozulmasının əhalinin rahatlığına verəcəyi zərər hər kəsə bəllidir. Buna yol verməməliyik. Bu həm də əlaqədar dövlət qurumlarının vacib və əhəmiyyətli iş rejiminin pozulması deməkdir.

Aktiv ictimai-siyasi fəaliyyətə başladığımız tarixin təkrarlandığı gündə yenidən can verən muxalif qüvvələrin son ictimai qarışıqlıq cəhdlərinin ifşa olunmasına çalışırıq.

16-il əvvəl Sabitlik və İnkişaf Mərkəzinin yaradılması ilə əlaqədar niyyət protokolunun imzaladığı gündən bu günə qədər olan dövr ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olunması, siyasi, iqtisadi, sosial-mədəni inkişafımız hesabına əldə olunan nailiyyətlər dövrüdür. Sabitlik və İnkişaf Mərkəzinin Dünya Azərbaycanlılar Mədəniyyət Mərkəzi və İctimai Nəzarət Koalisiyası ilə birgə fəaliyyəti isə təsadüfü hal deyil.

Ölkəmizin və ümumiyyətlə həyatımızın bütün fəaliyyət sahələrində normal yaşam quruluşunun yaradılması və inkişafı üçün cənab Prezidentimizin tövsiyə etdiyi və qərar verdiyi kimi ictimai nəzarət də vacibdir, sosial-mədəni tədbirlərin genişləndirilməsi də, siyasi-ictimai şüurun düzgün formalaşdırılması da,

milli dəyərlərimizin qorunması da bizim strategiyanın əsas qoludur. Azərbaycan mədəniyyətinə, təhsilinə və bir sıra digər sahələrə önəmli tövhələr vermiş insanlar haqda nə qədər danışsaq azdır. Bu cür insanlar hər birimizə örnək olmalıdır.

Ölkə əhalisinin narazılıqlarına səbəb olan hallarda xüsusi yer tutan vergi, məhkəmə, icra, hüquq-mühafizə orqanlarında baş verən qanunsuzluqların aradan qaldırılmasında da İctimai Nəzarət və Sabitlik və İnkişaf Mərkəzləri birgə fəaliyyət göstərmişdir.

Ölkədəki bəzi məmurların qanunsuz fəaliyyətləri ilə bağlı hər gün təşkilatımıza daxil olan onlarla şikayət və müraciətlərin əsasında problemlərin həllini tapmasına çalışırıq. Bir daha ölkə ictimaiyyətinin sabitliyi və qanunları pozanların deyil, bu vacib həyat atributlarımızı qoruyanların yanında olmağa cağırıram”.

Rasim Məmmədov bu təşkilatların fəaliyyətində önəmli rolu olan ahıl üzvlərin və eyni zamanda gənclərin işgüzarlığından da söz açaraq onlara minnətdarlığını bildirmişdir.

“ictimaixeber.az”