Bu gün Qəbələ rayonunda ZƏFƏR bayramı qeyd olundu.

0
247

Tədbirdə rayon icra başçısı öz heyyəti ilə, şəhid ailələri, qazilər, rayon idarə heyətinin nümayəndələri, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, Qəbələ TV, rayon sakinləri ,hərbiçilər, məktəblilər iştirak etdi.

Əvvəlcə şəhidlərin xiyabanını ziyarət olunmuş, şəhidlərin xatirəsi anılıb, gül dəstələri qoyulmuşdur.

Tədbir Qəbələ rayon Mədəniyyət Mərkəzində davam etmişdir.
Azərbaycan Dövlət himni səsləndirilmiş, bir dəqiqəlik sükutla yad edilmişdir.
Qəbələ rayon icra başçısı Səbuhi Abdullayev çıxış edərək Zəfər Bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir, sonra məktəblilər əbədi- bədii kompozisiyalar nümayiş etdirmişdir.

Tədbir şəhid ailələri ilə may süfrəsi arxasında davam etmişdir.

Vətən Azərbaycanın ərazi bütövlüyü uğrundakı 44 gün müharibədə şanlı ordumuzun 8 noyabr 2020-ci il qürurlu tarixi zəfərinin 2-ci ildönümü də yetişdi. Həm xalqımızın 30 illik çox üzüntülü məğlub durumdan səbəst məğrurluğa çıxması, həm dövlət suverenliyimizin, möhkəm və qalib kimi dünya arenasında nüfuzunun yüksəlməsi, və həm də, Ordumuzun, Azərbaycan əsgərinin qətiyyəti, cəsarəti, qüdrətinin döyüşdə sübutu baxımından, bu Zəfər mühüm, tarixi hadisədir!

Xalqımızı, Dövlətimizi, Ordumuzun əsgər-zabit heyətini, Komandanlığını səmimi təbrik edir

Təranə Alməmmədova

“Xarıbülbül Əbədi Məclisin”, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri