Bu gün keçirilən imtahanların nəticələri nə vaxt elan olunacaq?

0
16

Mayın 11-də ümumi (9 illik) orta təhsil bazasında keçirilən imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, mayın 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq:

“İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur”.