Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Danışıqlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələləri müzakirə ediləcək.
İlham Əliyev Azərbaycanın təklif etdiyi beş maddəlik baza prinsipini xatırladacaq.
İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşündə Brüssel gündəliyindən söz açaraq demişdi:
“Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.