Bu gün həlak olan hərbçimizin FOTOLARI

0
308

Bu gün qayadan yıxılaraq həlak olan hərbi qulluqçumuz gizir Hüseynov Şahin Şəmsəddin oğlunun fotoları yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, əslən Gədəbəy rayonunun, Qızılqaya (Keçmiş Yenikənd) kəndindən olan Şahin Hüseynov Vətən müharibəsi iştirakçısı olub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunması görə” medalı ilə təltif edilib.