Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq

0
431

Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

7 turdan sonra xal durumu belədir:

Kişilər: 1. Rusiya – 12, 2 – 4. Ukrayna, İngiltərə, Almaniya – 11, 5. Sloveniya – 10, 6 – 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya – 9 xal.

Qadınlar: 1. Rusiya – 13, 2. Gürcüstan – 11, 3 – 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan – 10, 6 – 8. Fransa, İtaliya, Türkiyə – 9 xal.