Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Məlumata görə, о, 2002-ci ildə Siyəzən rayonunda anadan olub. Həqiqi hərbi xidmətini Kəlbəcərdə keçən Asif, 2022-ci ilin yanvar ayında ordudan tərxis ediləcəkdi.
44 günlük Vətən müharibəsində iştirak edən A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif edilib.
Şəhidimizin fotosunu təqdim edirik: