Bu dünyada şirin şey bir anadır, bir Vətən.

0
267

Musazadə Azər Çingiz oğlunun Vətən müharibəsində şəhid olmasının ikinci ildönümü qeyd olunub
2022-11-30
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Musazadə Azər Çingiz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir. Bu münasibətlə rayon icra hakimiyyəti, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,ruhanilər, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri,qazilər, Yevlax şəhid ailələri,yazarlar, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Şəhidin anası çıxış edərək gələn belə bir zamanda onları yanında olduqları qonaqlara öz təşəkkürünü bildirmiş,övladı ilə fəxr etdiyini söyləmişdir.

Məktəblilər kompazisiya nümayiş etdirmiş, şeirlər söyləmişdilər.

Gıxış edənlərin şəhid Azərin qəhrəmanlıgından söhbət açmışdır.

Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə.

Alməmmədova Təranə

“Xarıbülbül Ədəbi Məclisinin,”
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri