Bu Dövlət Xidmətinə daha bir səlahiyyət verildi

0
458

Nazirlər Kabineti Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə Qərar verib.

Qərarda Ələt azad iqtisadi zonasının ərazisinin yerquruluşu planlarında göstərilmiş, Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələrinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin, bələdiyyənin mülkiyyətində olan, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət mülkiyyətinə aid torpaqlar üzərində istifadə və icarə hüquqlarının dövlət ehtiyacları üçün alınmasını təmin etmək məqsədilə alan orqan kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müəyyənənləşdirilir.