Bu da Türkiyənin uçan avtomobili: sınaqdan keçdi

0
11

Türkiyənin “AirCar” şirkəti ikiyerlik uçan avtomobil modelinin ilk pilotlu sınaq uçuşunu həyata keçirib.

Sınaqlar ötən ay baş tutub.

Həmin vaxt “AirCar”ın qurucusu və icraçı direktoru Eray Altunbozar birnəfərlik prototipdə havaya qalxıb və texnoloji parkın helikopter meydançasına enib. Daha sonra o, burada ikiyerlik modelə keçib və bir sərnişinlə həyata keçirdiyi ilk uçuşu da uğurla başa vurub.

Güclü küləyə baxmayaraq uçuş 8 metr yüksəklikdə 10 dəqiqəyə yaxın davam edib.