Bu da ABŞ-ın incisi – ÇƏHRAYI ALMA – FOTO

0
516

ABŞ-da çəhrayı alma yetişdirilir.

1944-cü ildə Kaliforniyalı fermer Albert Etter tərəfindən yetişdirilən bu qeyri-adi alma növü “Çəhrayı İnci” adlanır.

Meyvə çox iştahaaçan və şirindir.  İçindəki qarışıq qreypfrut və moruq tamı ona xüsusi bir dad verir.  Bu qeyri-adi almanın qabığı şəffaf, üzərində ağ çilləri olan açıq yaşıl rəngdədir.

“Çəhrayı inci” öz gözəlliyi ilə istənilən masanın bəzəyinə çevrilə bilər. Bu çəhrayı alma əsasən Amerikada – Kaliforniya bağlarında, həmçinin Vaşinqton və Oregon ştatlarında yetişdirilir. Meyvə avqustun sonuna qədər yetişir, elə həmin aydan da onun yığımı başlayır.