Tanınmış xanəndə və idmançı Pərviz Qasımov yenidən sosial media əhlinin müzakirlərinə səbəb olub.
O, bu dəfə aktyor və rejissor Ramin Hacıyevi başı üzərinə qaldıraraq mahnı oxuyub.
Müğənninin sözügedən addımını tənqid edənlər də az olmayıb.
Qeyd edək ki, Pərviz Qasımov Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsüdür. O, sabiq baş nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var.
Xatırladaq ki, Pərviz buna qədər efirdə “qrelka” partlatması və ştanqı başı üzərinə qaldırıb muğam oxuması ilə gündəmə gəlmişdi.