Bu cür görüntülər uşaqlarda travmaya yol açır – DİQQƏT…

0
446

Türkiyəli psixoloqlar hər hansı bir şəkildə şiddət hadisələrinə şahid olmanın uşaqlarda ciddi psixoloji təsirlər ortaya çıxardığını deyib.
Qırıqqala şəhərində 10 yaşlı qızının gözü önündə başı kəsilən Əminə Buludun ölümü cəmiyyətin hər təbəqəsində böyük reaksiyalara yol açıb.
Bu cür xəbərlərin mediada əks olunmasının lazım olduğunu, ancaq hadisə anına dair görüntülərin birbaşa televiziyada yayımlanmasının xüsusən uşaqlar üzərində mənfi təsiri olduğunu bildirən mütəxəssislər “Uşaqlar üzərində travma təsiri yaranması üçün yalnız travmatik vəziyyət yaşamasına ehtiyac yoxdur. Travmatik hadisələri görmək və ya bunlarla bağlı xəbərləri televiziyada izləmək də uşaqlarda travmaya məruz qoyan təsirlər yaradır” deyərək valideynləri xəbərdar ediblər.