BU, BİZİM İSRAYIL İDİ ….

0
455

Mən bu şəhidimizin yaşadığı ünvanda ötən il olmuşdum..Ona həsr olunmuş muzeylə tanış olmaq üçün tanış dostlarla Bakıxanov qəsəbəsində oldum .Muzeyin cəlbedici, xüsusi dizaynla hazırlanması elə küçədəki “Xatirə bulağın” hazırlanmasından hiss etdik.Biz elə həyətə girəndən İsrayılı yanımızda hiss etdik!Bir çox şəhid ailələrində , rayonlarda olmuşam ,bu səviyyədə hazırlanmış ev muzeyinə rast gəlməmişdim.İstər ata – Namiq müəllim, ana Kəmalə xanım İsrayıl haqqında elə həyəcanla danışır, foto şəkilləri bizlərə təqdim edirdilər ki, elə bil İsrayıl onları dinləyir,nəyisə unutmamagı yadlarına salırdı.
Bu dəfəki ziyarətimiz ” Mən burdayam,İlahi” filminə baxışdan sonra baş tutdu.Belə ki,həmin təqdimatda hörmətli Etibar müəllim Namiq müəllimlə tanışlıqdan sonra həmin muzeydə olmağı və film çəkməyi özünə borc bildi……
Və Gülnarə xanım şəhidimiz İsrayıl Cəfərzadəni özünün təsisçisi və redaktoru olduğu” Carçı” jurnalında oxucularına təqdim etməyi zəruri hesab etdi…..

Kəmalə xanıım” Mənim ağ göyərçinim” kitabını bizə hədiyyə etdi.Namiq müəllim isə bunun açıqlamasınıı verdi:İsrayıl şəhid olandan sonra evimizdəki həər məclisdə pəncəyə ag göyərinin gəlməsini,hətta xaricdəə ziyarətdə olduqları zamanda da ağ göyərçinin oları müşayət etdiklərinin şahidi olmuşlar.Deməli,İsrayılın ruhu daim valideynləri ilədir!

Allah rəhmət eləsin. Biz Gülnarə xanım,Etibar müəllim və Rəhim müəllimlə müzeyi ziyarət etdikcə, İsrayılın körpə yaşlarından vətənpərvər,qorxmaz,cəsur bir ogul kimi böyüyüb,daim qələbələrlə yarışlardan qayıdan idmançı və nəhayət,qalib ,mərd bir döyüşçü kimi necə yetişdiyinin şahidi olduq.Ata çalışırdı ki hər bir şəkil haqqındakı xatirələrini olduğu kimi bizə çatdırsın…..
Qürur və kövrək hisslərlə ikinci mərtəbədəki muzeydən və birinci mərtəbədəki xatirə güşələrindən ayrılsaq da yol boyu dönə- dönə”ağ göyərçini”xəyalımızda canlandırırdıq…..

Nəzakət Eminqızı,,DAMM-nin EŞ- nın sədri,”Yazarlar” jurnalının əməkdaşı,AJB-nin üzvü,”Qıızıl qələm ” mükafatçısı,yazıçı – publisist.