Bu, başlanğıcdır, tələblərə əməl etməsək… – Ermənistan təşvişdə

0
181

Xankəndi yolunda baş verənlər Ermənistanda hadisələrin gələcək inkişafı baxımından da narahatlıqlara səbəb olub.

Erməni ekspertlər hər şeyin yeni başlandığını, qarşıda ciddi proseslərin olacağını hesab edirlər.

Ermənistan Elmlər Akademiyasının üzvü Ruben Qaliçyan bildirib ki, Xankəndi yolunda baş verənlər böyük planın tərkib hissəsi də ola bilər: “10 noyabr razılaşmasına əsasən Ermənistan üç il ərzində Zəngəzur dəhlizini tamamlamalı idi, lakin heç bir şey etməyib. Bu baxımdan, hazırda baş verənlər Zəngəzur dəhlizi məsələsində də həlledici ola bilər”.

Erməni politoloq Aleksandr İskəndəryan isə hesab edir ki, tərəflər gec-tez razılaşacaq və Xankəndi-Gorus yolu ilə bağlı məsələ həll olunacaq.

“Lakin razılaşmanın necə olacağı maraqlıdır. Bakının aydın tələbləri var, İrəvan bununla razılaşacaqmı?! Fikrimcə, Xankəndi yolunda baş verənlər başlanğıcdır. Tələblərə əməl etməsək, növbəti ildə Bakının daha sərt təzyiqi ilə üzləşəcəyik”, – İskəndəryan bildirib