Bu bakteriya və göbələklər insanlar üçün çox təhlükəlidir

0
76

Yapon alimləri 3 km yüksəklikdə havada yüzlərlə bakteriya və göbələk aşkar ediblər.

Yaponiyalı elm adamları apardıqları araşdırmada 10 min fut yüksəklikdə havada yüzlərlə bakteriya və göbələk tapdıqlarını açıqlayıblar.

Hava-damcı xəstəliklərini tədqiq edən alimlər Yaponiya səmasında müşahidələr aparıblar.

Elm adamları bakteriya və göbələklərin təxminən 2 min kilometr uça biləcəyini təxmin edərkən, insanlarda xəstəliklərə səbəb ola biləcəkləri barədə xəbərdarlıq ediblər.

Araşdırma qrupundan biri olan Barselona Qlobal Sağlamlıq İnstitutunun ekoloqu Xavier Rodo bakteriyaların üçdə birinin və bir az daha çox göbələklərin potensial insan patogenləri hesab edilə biləcəyini diqqətə çatdırıb.

Tədqiqatın nəticələri ABŞ-ın elm jurnallarından biri olan “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.