Bu, Bakıya müharibəyə başlamaq imkanı verir – Erməni KİV

0
792

Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə məruzəçiləri, eləcə də Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlıq üzrə nümayəndə heyətlərinin Ermənistan və Qarabağ arasında üçüncü yolun tikintisi ilə bağlı qəbul etdiyi birgə bəyanat Bakıya müharibə üçün yaşıl işıq açır.

Bu iddia ilə Ermənistanın iqtidaryönlü “Lragir.am” saytı çıxış edib.

“Beləliklə, mümkün müharibəyə və qurbanlarına görə məsuliyyət Avropa strukturunun üzərinə düşür. Belə presedent artıq var. Bu, Aprel savaşıdır. Ona bir çox faktor şərait yaratmışdı ki, bunlardan biri də AŞPA-nın 2016-cı ilin 26 yanvarında Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi qətnamə olmuşdu”, – məlumatda bildirilib.

Qeyd edək ki, ilk dəfə olaraq Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand birgə bəyanat qəbul etmişlər.