Paytaxtda son vaxtlar xarici nömrəli avtomobillərin artması yollarda müəyyən problemlərin yaranmasına səbəb olmuşdu. Belə nömrəli avtomobillər tez-tez qayda pozur, qayda pozduqları halda kameraya düşsələr də, vəziyyətdən asanlıqla çıxa bilir və külli miqdarda cərimə ilə heç bir problemsiz sərhədi keçib başqa ölkələrə gedə bilirdilər. Ancaq artıq xarici nömrəli avtomobillər də qayda pozarkən qeydə alınacaqlar.
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, bundan sonra tranzit və ya xarici nömrəli avtomobillər də qayda poza bilməyəcək.
Ə.Hüseynov bildirib ki, bu yaxınlara qədər Dövlət Yol Polisinin mərkəzi məlumat sistemi tranzit və xarici nömrəli avtomobillərlə törədilən qayda pozuntularını avtomatik qeydə almaqda və məlumatı emal etməkdə çətinlik çəkirdi, ancaq artıq bu problem aradan qaldırılıb:
“Dünən bir nəfər müraciət edib ki, Gürcüstandan avtomobil gətirəndə Bakıya qədər bütün radarları keçib və cəmləndikdə 2000 manata yaxın cəriməsi olub. Belə avtomobillər rahatlıqla cərimə ödəmədən idarə olunurlar.
İndi isə problem aradan qalxıb. Məlumata görə, belə nömrələri də ümumi şəkildə qeydə ala bilirlər”.