Bu 7 əşyanı yayda avtomobildə saxlamaq olmaz, YOXSA UŞAĞINIZ…

0
122

Su şüşəsi təhlükəli əşya, elektron qurğular isə saatlı bombadır.

Bunu yol polisi nümayəndəsi yayda avtomobildə hansı əşyaların qalmasının təhlükəli olduğundan danışarkən deyib.

Müfəttiş ilk növbədə xatırladıb ki, heç vaxt, heç bir halda uşaqları və ev heyvanlarını avtomobildə nəzarətsiz qoymamalısınız. İsti havalarda kabin par hamamına çevrildikdə, adətən müasir qadcetlərlə təchiz edilən litium-ion batareyası xarab ola bilər. Belə vəziyyətlərdə “video regisrator”lar xüsusilə həssasdır.

Kosmetika, yeməklər, konfetlər və şirniyyatlar şübhəsiz ki, əriyəcək və interyerdə ləkələr buraxacaq. Ən dəhşətlisi isə odur ki, fermentləşdirilmiş süd məhsulları olan qablar partlaya da bilər. Bəzi dərmanlar istiyə məruz qaldıqda öz xüsusiyyətlərini itirir.

Nəzərə alsaq ki, artıq istilərin hökm sürdüyü iyun ayını yaşayırıq və qarşıdan daha isti aylar gəlir, daha çox uşaqlara xüsusi diqqət yetirməklə, yuxarıda deyilənləri mütləq nəzərə almaq lazımdır. Bir uşağın həddindən artıq istiləşməsinin simptomları dərinin qızartı, bədən istiliyinin artması, süstlük, səbəbsiz şıltaqlıqlar, ürəkbulanma, nəfəs darlığı ilə sürətli nəfəs, konvulsiyalardır.