Broyler toyuqlarını kimyəvi maddələrdən belə təmizlə

0
478

Super marketlərdə satılan broyler toyuqlarında olan kimyəvi maddə və qarışımları toyuğu yemək üçün hazırlamazdan öncə təmizləmək yolları bu gün çox aktualdır. İnsanlar iş adamlarına daha az zərərli toyuq istehsal etməyi məcbur edə bilmirlər, ona görə əlac qalır, bu dərmanlı toyuqlarda olan maddələri zərərsizləşdirməyə.

Broyler toyuğunu adi duzla kimyadan təmizləməyin daha bir asan metodunu təqdim edirik.
Bilirsiz ki, duz zərərli maddələri özünə çəkir və qida məhsulundan artıq mayeni hopdurur.

Toyuğu əvvəlcə su altında yuyub, qazanda soyuq suya qoyursuz. Suya 2 xörək qaşığı adi duz (yaxşı olar ki, süfrə yox, xörək duzu, bir qədər iri olan duzdan) əlavə edirsiz.

Qazanı qaynamağa qoyun. 10 dəqiqə toyuq bu suda qaynadıqdan sonra gözünüzlə görəcəksiz suyun üzərinə qəribə rəngdə ərp toplanır.

10 dəqiqə sonra toyuğu bu sudan çıxarıb, yenidən təmiz suda yuyub, sonra istədiyiniz yeməyi hazırlaya bilərsiz.