Böyük Britaniyanın “British Airways” aviaşirkətinin kompüter sistemində baş vermiş texniki qüsurla əlaqədar 300-ə yaxın reys təxirə salınıb.
Problem əsasən Londonun Getvik, Hitrou və Siti hava limanlarına təsir göstərib.
Avropanın digər hava limanları da zərər çəkib.
Reyslərin ləngimələri ilə əlaqədar hava limanlarında sıxlıqlar yaranıb.