Britaniyadan Putinə AÇIQ MESAJ: Ukraynanın qələbəsindən əvvəl nə baş verəcək?

0
200

Böyük Britaniyadan Ukraynaya irimiqyaslı müdafiə yardımı paketi Rusiyaya və birbaşa Vladimir Putinə açıq siqnaldır ki, Britaniya ukraynalıları qələbəyə qədər dəstəkləməyi öhdəsinə götürüb”.

Bunu Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

“NATO standartlarına uyğun bir çox müasir tanklar və digər ağır tank və artilleriya silahları, digər zirehli texnikalar da daxil olmaqla dəstəyimizi artırmaq qərarına gəlməyimizin səbəbi çox aydın bir mesaj göndərməyimizdir”, – Britaniyalı nazir qeyd edib.

O, bu mesajın, o cümlədən Putinə ünvanlandığını vurğulayıb.

“Bu ondan ibarət idi ki, biz ukraynalıları qələbəyə qədər dəstəkləməyi öhdəmizə götürmüşük”, – Kleverli vurğulayıb.

O qeyd edib ki, Britaniya Rusiya Federasiyasının genişmiqyaslı təcavüzünə qarşı müqavimətin hər mərhələsində Ukraynanın nəyə ehtiyacı olması ilə bağlı ukraynalılarla, eləcə də NATO müttəfiqləri ilə həmişə çox sıx əməkdaşlıq edib.

Onun sözlərinə görə, cavab tədbirləri ən zəruri olanları əhatə edib – işğalın əvvəlində “Javelin” və NLAW kimi tank əleyhinə silahlardan tutmuş, Rusiyanın raket zərbələri nəticəsində Ukraynada kritik infrastrukturun bərpası üçün avadanlıqlara qədər. İndi növbə tanklarındır…

Britaniyalı nazir onu da qeyd edib ki, Qərb Ukraynaya kömək etməkdə “strateji dözümlülüyünü” davam etdirəcək və Putin bunu başa düşməlidir:

“Ona görə də onun (Kreml lideri – red) edə biləcəyi və öz ordusunu yaşada biləcəyi ən yaxşı şey etiraf etməkdir ki, biz ukraynalılar qalib gələnə qədər onların yanında qalacağıq”