Britaniyada yayılmış “quş qripi” daha 30 min hinduşkanın məhvinə səbəb oldu

0
347

İngiltərənin şərqində yerləşən Norfolk qraflığının hinduşka fermalarında “quş qripi” aşkarlanıb.

Xəstəliyə görə fermalarda olan 30 mindən çox hinduşka məhv edilib.

Ötən həftə isə Şimali Yorkşirdə 10,5 min hinduşka bu xəstəliyə görə məhv olmuşdu.

Mənbə qeyd edir ki, bu hadisə Yeni il ərəfəsində mağazalarda hinduşka qıtlığına səbəb ola bilər.