Britaniyanın Səhiyyə hökuməti 12-15 yaş arası yeniyetmələrin xüsusi valideyn icazəsi olmadan COVID-19 peyvəndi ilə razılaşa biləcəkləri barədə sənəd yayımlayıb.
Səhiyyə işçiləri yeniyetmənin vaksinasiya proseduru haqqında kifayət qədər məlumatlı olduğu təqdirdə müstəqil olaraq peyvəndlə razılaşa biləcəyi qərarına gəliblər. Qaydalara əsasən qohumlarla razılaşdırılmadığı təqdirdə uşağın razılığı alına bilər.
Peyvənd vurduranın məlumatlılığı həkim tərəfindən qiymətləndirilir.
Britaniyada yeniyetmələrin vaksinasiyasına icazə verilməsi barədə sentyabrın əvvəlində məlum olub. Yetkinlik yaşına çatmayanlar bir doza “Pfizer/BioNTech” vurulacaq.