Britaniyada kütlə parlamentin fəaliyyətinin dayandırılmasına etiraz edib – FOTO

0
525

Britaniyada kütlə parlamentin fəaliyyətinin dayandırılmasına etiraz edib  - FOTO

Böyük Britaniyada Baş nazir Boris Consonun Brexitə qədər parlamentin fəaliyyətini dayandırması qərarına qarşı nümayişlər keçirilir.

Minlərlə etirazçı London, Manchester, Leeds, York və Belfast da daxil olmaqla, müxtəlif şəhərlərdə küçələrə çıxıb.

Çərşənbə günü Conson Kraliça II Yelizavetadan parlamentin fəaliyyətini dayandırmasını istəyib. Bu qərar millət vəkilləri və “müqaviləsiz Brexit” əleyhdarlarının qəzəbinə səbəb olub.

Yenidən Edinburq, Kambric, Ekseter, Glasqou, Birmingham də daxil olmaqla, 30-dan çox şəhərdə etirazların təşkil olunacağı gözlənilir.

Oxford şəhərində plakatlar tutan dəstələr Consonun təhsil aldığı Balliol Kollecinin qarşısında toplaşıb. “Çevrilişi dayandır” adlı etirazlar, “Başqa Avropa Mümkündür” adlı Brexit əleyhdarı olan bir təşviqat qrupu tərəfindən təşkil edilir.