Londonda yaşayan azərbaycanlılar Novruz bayramı ilə bağlı kampaniya başladıblar.
Kampaniya Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə “Natavan Group UK” diaspor təşkilatının təsisçiləri Səbinə Quliyeva və Londonda yaşayan həmyerlimiz, peşəkar skripkaçı Səbinə Rakçeyeva, Murad Nağıyev tərəfindən həyata keçirilib.
Keçirilən kampaniyada Londonda üzərində “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Azərbaycan – Novruz bayramınız mübarək”, “Azərbaycan – Multukulturalizmin mərkəzi” yazılan elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edib. Azərbaycanın işğaldan azad edilmiş guşələri, Novruz bayramı və Azərbaycanın milli mətbəxi ilə bağlı foto və videoların göstərildiyi avtomobil Britaniya ictimaiyyətinin diqqətini cəlb edib.
Bundan əlavə Londonun 50-yə yaxın metro və qatar stansiyasında da Novruz bayramı və Qarabağla bağlı lövhələr yerləşdirilib.