Britaniya şirkəti Şuşanın Baş Planının hazırlanmasında iştirak edir

0
283

“Böyük Britaniya şirkəti Şuşa şəhərinin Baş Planının hazırlanmasında iştirak edir”.

Bunu ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən bu gün keçirilən mətbuat konfransında bildirib.

Bob Bləkmən deyib ki, Böyük Britaniya qlobal iqtisadi siyasətini artıq sərbəst qurur: “Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra biz iqtisadi əlaqələrimizi Brüsseldən kənar sərbəst qururuq. Böyük Britaniya Azərbaycanla əlaqələri də daha da inkişaf etdirəcək”.

Lord Con Kilkloni isə qeyd edib ki, Azərbaycana 600-ə qədər Böyük Britaniya şirkəti sərmayə qoyub: “Azərbaycanın Böyük Britaniyadakı səfiri də bu sahədə çox fəaldır. Biz Avropa İttifaqının üzvü idik. Ancaq hər hansı bir qərarın verilməsi üçün hamını razı salmaq tələb olunurdu. Biz də Avropa İttifaqında olarkən Fransa kimi böyük dövləti razı salmalı idik. Bura Ermənistanla bağlı məsələ də daxil idi. İndi Böyük Britaniya dünya, o cümlədən Azərbaycanla daha sərbəst əlaqələr qura bilər”.

“Azərbaycanda bütün etnik qrupların nümayəndələri tolerantlıq şəraitində yaşayır”.

Bunu ölkəmizdə səfərdə olan Lord Con Kilkloni bu gün keçirilən mətbuat konfransında bildirib.

Lord Con Kilkloni deyib ki, əvvəllər Azərbaycanda səfərdə olarkən Qubada olub, yəhudi icması ilə görüşüb: “Həmin görüşdə də bir daha Azərbaycanda etnik qrupların tolerantlıq şəraitində yaşadığının şahidi oldum. Gələcəkdə erməni icması da Azərbaycanda tolerant şəraitdə yaşaya bilər”.