Britaniyada hərraca çıxarılan qədim avtomobil qeydiyyat nömrəsi 250 min funt sterlinqə (530 min manat) satılıb.
“AJ1” qeydiyyat nömrəsi 1907-ci ildən Şimali Yorkşir polisinə məxsusdur. Onun ilk sahibi baş konstebl Robert Boyer olub.
Unikal nömrəni satan polis idarəsi əldə olunan vəsaiti yerləşdiyi binanın yanında xatirə parkının salınmasına yönəldəcək.