Braziliyanın D Seriyasında çıxış edən “Palmas” klubunun futbolçuları və prezidenti təyyarə qəzasında həlak olublar.
Məlumata görə, faciə Lizumanqese hava limanının uçuş-eniş zolağında baş verib. Şəxsi təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra hissələrə ayrılaraq zolağın yaxınlığındakı otluğa düşüb.
Təyyarənin sərnişinləri futbolçular Lusak Praksedes, Gilyermo Noe, Ranulo və klubun prezidenti Markuz Molinari, eləcə də pilot Vaqner həlak olublar.
Qeyd edək ki, “Palmas”ın oyunçuları “Vila Nova” klubu ilə matçda iştirak etmək üçün Qoyaniyaya uçurdular.
“Vila Nova” öz rəqiblərinə artıq başsağlığı məktubu göndərib və oyunu təxirə salmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, Braziliyada 2016-cı ildə də buna bənzər hadisə baş vermişdi. O zaman 76 nəfər həyatını itirmiş, ölkədə üç günlük matəm elan olunmuşdu.