Braziliyanın APIB təşkilatının ictimai fəalları prezident Jair Bolsonaronu yerli əhalinin soyqırımında ittiham edirlər.
“Al Jazeera” xəbər verir ki, bunun üçün onlar Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediblər.
Hüquq müdafiəçiləri hesab edir ki, siyasətçi Braziliyanın yerli xalqları və onların vətənini məhv edib.
Dövlət başçısının milli azlıqlara qarşı “açıq, sistemli və düşünülmüş bir siyasət” yürütdüyü iddia edilir.
Braziliyanın yerli əhalisinin hüquqlarını müdafiə edən təşkilatın Hüquq Koordinatoru Eloy Terena Haaqa Məhkəməsinə müraciətin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Braziliya məhkəmələri bu cinayətləri müstəqil araşdıra bilmir, ona görə də beynəlxalq ictimaiyyətə müraciət etməli olublar.
Terena yerli xalqlara qarşı hakimiyyətin hərəkətlərini bəşəri cinayət və soyqırımı adlandırıb.
O əlavə edib ki, prezident koronavirus pandemiyasının mənfi nəticələrini gücləndirməkdən məsuldur.