Braziliyanın Rio-de-Janeyro şəhərində polis əməkdaşları İsa Məsihin heykəlinin üzərinə çıxan iki fransalı turisti saxlayıb.
Bu barədə yerli “O Globo” nəşri şəhər polisinə istinadən məlumat yayıb.
Belə ki, 28 yaşı olan iki fransız abidənin içərisində gizlənərək onun turistlər üçün bağlanmasını gözləyiblər.
Daha sonra nəhəng abidədə təmir işləri üçün istifadə olunan pilləkənlərlə heykəlin zirvəsinə qalxaraq orada video və foto çəkiliş aparıblar.
Onları sonradan abidənin gözətçiləri görüb və dərhal polisə məlumat veriblər.
Hüquq-mühafizə orqanları saxlanılan şəxsləri 10 min Braziliya realı (təxminən 3 260 manat) girov pul müqabilində sərbəst buraxıblar.