Braziliya millisində zədələnən Neymar 2022 Dünya Kuboku seçmə mərhələsinin oyunlarında iştirak etməyə bilər

0
344

Hücumçu Neymar Braziliya millisinin məşqində zədələnib.Neymar məşq zamanı belində ağrı hiss edib.

O, məşq prosesindən uzaqlaşdırılaraq müayinə edilib və fizioterapiyaya başlayıb. Gün ərzində həkimlər braziliyalı hücumçunun vəziyyətini nəzarətdə saxlayır, daha sonra onun növbəti fəaliyyəti barədə təyinat verilə bilər.

Neymar Boliviya və Peru milli komandaları ilə 2022 Dünya Kuboku seçmə oyunlarında iştirak etməyə bilər.

Neymar 2013-2017-ci illərdə Barselonada oynayıb. Daha sonra braziliyalı futbolçu bu günə kimi oynadığı PSJ-yə keçib. Bu mövsüm Neymar Fransa klubunda iki oyunda iştirak edib, qırmızı vərəqə alıb.