ABŞ-dan sonra koronavirusa yoluxmanın ən çox müşahidə edildiyi Braziliyada bundan sonra virusa yoluxma sayı ilə bağlı statistika verilməyəcək.
Ölkənin Səhiyyə Nazirliyinin rəsmi saytında koronavirusa gündəlik yoluxanların sayı barədə məlumat verilsə də, onların ümümi sayı qeyd edilməyəcək.
Braziliyada indiyə qədər 691 962 nəfərin koronavirusa yoluxduğu, 37 mindən çox insanın bu xəstəlikdən öldüyü məlumdur. Ancaq lazımi qədər test aparılmadığından, yoluxma sayının bu göstəricidən daha çox olduğu hesab edilir.
Braziliya prezidenti Jair Bolsonaro iqtisadiyyata zərər vuracağına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) karantin qaydalarına qarşı çıxır. O, daha əvvəl ideoloji tərəfdarlıqla ittiham etdiyi ÜST-dən çıxacağını bildirib.