44 günlük Vətən Müharibəsində Azərbaycana tarixi qələbəni qazandıran, şübhəsiz, müzəffər ordumuz oldu.
Heç şübhəsiz, bu qələbə dövlətimizin uzun illər gördüyü hazırlığın nəticəsi idi. Daim maddi-texniki baxımdan gücləndirilən Silahlı Qüvvələrimizə dövlətimiz hər zaman xüsusi qayğı ilə yanaşıb.
Şanlı ordumuzun heç bir maddi-məişət çətinliyinin olmaması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.
Dekabr ayının 18-də başlayan aksiya çərçivəsində bu dəfə Füzuli rayonuna əsgər payı aparılıb.
“Bravo”nun əməkdaşları əsgər payı bağlamalarını döyüşçülərimizə çatdıraraq, onların istəklərini qeydə alıblar.
Daha ətraflı videosüjetdə: