Boyunda ağrıların 3 əsas səbəbi AÇIQLANDI

0
344

Boyunda diskomfort, ağrı qısa müddətli və uzun davamlı ola bilər.

Boyun ağrılarına əhəmiyyət verməyib, özü keçəcək düşünənlər gələcəkdə böyük fəsadlarla üzləşir.

Həkimlər boyun ağrılarının 3 səbəbini açıqlayıb. Bunları bilməklə, hansı müalicə və profilaktikanın lazım olduğunu biləcəksiz.

1. Əzələ gərginliyi

Boyun əzələlərinin iş və həyat şəraitinə uyğun hərəkətsizliyi və daim gərgin olması miafasal sindroma səbəb olur. Bu gün boyun ağrılarının 90% səbəbi budur və bu müasir insanın dərdidir.

2. Əzələlərin iltihabı və travması

Hər il 1 milyon insan müxtəlif səbəbdən onurğanın boyun hissəsinin travmasını keçirir. Mikro əzələ yırtılması, dartılması idman və qəzalarda çox rast gəlinir. Bu da boyunda travma sonrası ağrı yaradır.

Əzələlərin iltihabı isə asanlıqla yaranır: kondinsioner, şaxtada boynu açıq gəzmək, soyuq su, müxtəlif infeksiyalar.

3. Onurğanın özü xəstəlikləri

Fəqərələrarası qığırdaqlar zədələnir, yeyilir, ostexondroz və osteartroz inkişaf edir. Bu əvvəlcə boyunda ağırlıq hissi yaradır, sonradan isə boyunda yırtıqlar yaranır.

Boyun problemlərini evdə necə diaqnoz etməli?

– Boynunuzu sağa sola çevirib, diqqət kəsilin: xırçıltı varmı. Başı kəskin çevirəndə göz bulanırmı, başgicəllənmə olurmu?

– Gözlərinizi yumun, əlləri açın, işarət barmağınızı gətirib burnunuzun ucuna toxundurmağa çalışın. Əgər bu ilk dəfədə alınmadısa, təhlükəli siqnaldır.

– Düz dayanın, dabanları birləşdirin, başınızı çevirib, dabanlarınızı görməyə çalışın. Alınmır?

Bu sualların cavabından biləcəksiz ki, boyunda, ona da bağlı olaraq başda problemlər var. Bu səbəbdən nevroloqa gecikmədən müraciət etməlisiz.