Boyun ağrısının ümumi səbəbi məlum oldu

0
10

Çin alimləri belə bir qənaətə gəliblərki, cib telefonlarından uzun müddət istifadə və oturaq həyat tərzi boyun ağrısının inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Araşdırma nəticələr “BMC Public Health” jurnalında dərc olunub.

Alimlər servikal onurğada ağrı sindromu amillərinə həsr olunmuş əvvəllər dərc edilmiş 25 tədqiqatın məlumatlarını təhlil ediblər. Araşdırmada 13 ölkədən 43 mindən çox insan iştirak edib.

Məlum olub ki, ən böyük təhlükə smartfonlardan istifadədən qaynaqlanır: telefonları ilə çox vaxt keçirənlərdə cihazlardan az istifadə edənlərlə müqayisədə boyun ağrısı riski 82% çoxdur. Kompüterdə işləmək riski 23% artırır, televizora baxmaq isə ciddi təsir göstərmir.

Araşdırma həmçinin müəyyən edib ki, uzun müddət oturmağın sağlamlığa öz mənfi təsiri var. Gündə dörd saat oturmaq boyun ağrısı riskini 45%, altı saatdan çox oturmaq isə riski təxminən 88% artırır.

Müəlliflərin fikrincə, boyun əyilməsi və elektron cihazlarla işləyərkən uzun müddət əyilmək boyun onurğasına və yuxarı kürəyə həddindən artıq gərginlik yaradır. Bu cür problemlərin tezliyinin artması təkcə qadcetlərin populyarlaşması ilə deyil, həm də pandemiyadan sonra dünya əhalisinin həyat tərzində qlobal dəyişikliklərlə bağlıdır.