Böyük Şor gölündəki son vəziyyət AÇIQLANDI – VİDEO

0
507

Bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması işləri bu gün də davam etdirilib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirlinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, bu gün ərzində gölün üzərindən 52 tondan artıq qatı çirkab örtüyü təmizlənib və işlər davam edir:

“Çirkab təbəqənin təmizlənməsi FHN-nin Xəzər Hövzə Xidmətinin peşəkar işçi heyəti və texnikası tərəfindən həyata keçirilir. Toplanan tullantıların utilizasiyasını isə ETSN təşkil edir”.

İ.İbrahimova qeyd edib ki, tullantılar ETSN-nin Təhlükəli Tullantılar Poliqonuna daşınır.

Xatırladaq ki, bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb.