Böyük Pirəli kənd şəhid Vahibov Ramizin 30 illik yubileyi keçirildi

0
262
  21may 2023- cü il tarixində Qəbələ rayon  Böyük Pirəli kənd şəhid   Vahibov Ramiz Əsgər oglunun  birinci Qarabağ  müharibəsi şəhidinin  anım günü tədbiri keçirildi.

Tədbirdə Qəbələ rayon Böyük Pirəli kənd orta məktəbinin müəllim və şagird kollektivi, Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanları, Təşkilat rəhbərləri, Qəbələ TV,şəhid ailələri, axundlar, qazilər,yazarlar ,kənd kitabxanasının, tibb məntəqəsinin əməkdaşları kənd sakinləri və şəhidin ailə üzvləri iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Şəhidin məzarı önündə təşkil olunmuş tədbirdə öncə şəhidin həyatı, keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verilib,  kənd orta məktəbinin şagirdləri şəhidlər haqqında şeirlər söyləyiblər.

Çıxış edən şəhidin anası Vahıbova Gülmayə, qardaşı Vahıbov Ramin, bacıları Vahıbova Elmayə və Fəxrəndə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və şəhid haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbir ” Səma ” şadlıq sarayında ehsan süfrəsi arxasında davam etmişdir.

Təranə Alməmmədova

Xarıbülbül Ədəbi Məclisinin, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri

Şəhidlər heç vaxt unudulmayacaq!

Allah rəhmət eləsin Şəhidlərimizə

Allah bütün şəhidlərimizə rəhmət eləsin!