“Böyük dəbilqə” yekunlaşdı: millimizdən uğursuz nəticə

0
327

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub.

Turnirin üçüncü günündə kişilərin yarışında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Beka Qviniaşviliyə məğlub olub.

Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) də bürünc medal şansını əldən verib. Belə ki, o, üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Niyaz İlyasova uduzub. Hər iki cüdoçumuz beşinci yerlə kifayətlənməli olub.

Beləliklə, turnirə 15 cüdoçu ilə qatılan komandamız yarışı bir qızıl medalla başa vurub. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.

Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.