Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

0
261

Bu gün Azərbaycanın daha 12 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

73 kq çəki dərəcəsində Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev və Vüsal Qələndərzadə tatamiyə çıxacaq.

81 kq-da Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev və Ömər Rəcəbli medal qazanmağa çalışacaq.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı ilə Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva və Günel Həsənli qüvvəsini sınayacaq.

Böyük Dəbilqə

73 kq

Rüstəm Orucov – Ertur Turdubayev (Qırğızıstan) / Keysei Nakano (Filippin) cütünün qalibi

Hidayət Heydərov – Marçin Kovalski (Polşa)

Telman Vəliyev – Daniyar Şamşayev (Qazaxıstan)

Vüsal Qələndərzadə – Abubakr Şerov (Tacikistan)

81 kq

Səid Mollayi – Alfonso Urquiza (İspaniya)

Elcan Hacıyev – Cakomo Qamba (İtaliya)

Zelim Tçkayev – Mustafa Hebib (Bosniya və Herseqovina)

Ömər Rəcəbli – Attila Unqvari (Macarıstan)

63 kq

Aytac Qardaşxanlı – Samalay Yergaliyeva (Qazaxıstan)

Nərgiz Hacıyeva – Habibe Afyonlu (Türkiyə)

70 kq

Südabə Ağayeva – Martina Espozito (İtaliya)

Günel Həsənli – Luisa Bonilla (Kolumbiya)

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.