Böyük Dəbilqə: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

0
206

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb.

Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub.

Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyib.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.