Böyük Britaniya Kraliçası II Elizabet koronavirus pandemiyası ilə əlaqədar xalqa çağırış edib.
Çıxışına səhiyyə işçilərinə təşəkkür etməklə başlayan Kraliça Elizabet epidemiya ilə mübarizədə fədakarlıqla çalışan digər insanların da xalqa kömək göstərdiyini söyləyib.
Koronavirusun maddi çətinliklər, kədər və böyük problemlər gətirdiyini bildirən Kraliça deyib: “Bu xəstəliklə hamımız birlikdə mübarizə aparırıq. Qətiyyətli və birgə olacağımız zaman bu xəstəliyi aradan qaldıracağıq. Özümüzü təcrid etmək çətin olsa da, bütün insanlar bunun dua etmək və ya düşünmək üçün bir fürsət olduğunu anlayırlar”.
Kraliça İkinci Dünya müharibəsi zamanı məşhurlaşan Vera Linin “Yenə görüşəcəyik” mahnısına istinad edərək bildirib:“Qarşıda hələ çətin günlər ola bilər, amma daha yaxşı günlər qayıdacaq, yenidən dostlarımızın, ailələrimizin yanında olacağıq, bir daha görüşəcəyik”.
Bu, Kraliçanın 68 illik hökmranlığı dövründə xalqa 4-cü çağırışı olub.