“44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin yaradılmasında Böyük Britaniya köməyini əsirgəməyəcək”.
Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevlə görüş zamanı Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Layl Şarp deyib.
Ümumbəşəri bəlaya çevrilən COVID-19 pandemiyası məsələsinə toxunan Ceyms Layl Şarp, postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin əczaçılıq sənayesində gələcək əməkdaşlığın önəmini qeyd ediblər.