Böyrəkləri xəstə olanlar MÜTLƏQ OXUSUN: Bu 4 qida…

0
410

Bəzi qidalar böyrəklər üçün həddən artıq ziyanlıdır. Onların qəbulunu mümkün qədər azaltmaq lazımdır.

1. Duzlu qidalalar, şorabalar

Duz orqanizmdə suyu saxlayır ki, bu da böyrəklərə olan gərginliyi artırır. Duzlu qidaların tez-tez qəbulu böyrək daşı xəstəliyinin inkişafına təkan verir.

2. Zülallarla zəngin olan qidalar.

Zülalların qidalanmamızda olması çox vacibdir. Zülallar orqanizmin əsas “tikinti materialı”dır. Lakin belə qidaların həddindən artıq qəbulu böyrəklər üçün çox ziyanlıdır və böyrək daşı və digər böyrək xəstəliyiklərinin inkişafına səbəb ola bilər.

3. İspanaq və turşəng.

Az miqdarda qəbul olunduqda bu göyərtilər orqanizm üçün faydalıdır. Lakin bu göyərtilərin çoxlu miqdarda və tez-tez qəbulu böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər.

4. Çox ədviyyatlı qidalar.

Ədviyyatlar çox faydalıdır. Onlar güclü iltihab, mikrob və xərçəngəleyhinə təsirə malikdir. Lakin ədviyyatlardan sui-istifadə etmək olmaz. Qidalanmada ədviyyatların artıqlığı böyrəklərə qıcıqlandırıcı təsir edir və vaxt keçdikcə müxtəlif pozulmalara gətirib çıxarda bilər.