Təbiətdə itburnunun qurudulmuş meyvələri, həbləri və maye ekstraktı istifadə edilir. XVII əsrdə Rusiyada itburnu meyvələri fövqaladə dərman kimi yalnız məşhur adamlara xüsusi icazə ilə verilirdi.
Hazırda itburnu meyvəsi vitaminin mənbəyi kimi təbabətdə geniş istifadə olunur, onun tərkibində olan C vitamini orqanizmdə gedən bır sıra proseslərdə iştirak edir.
İtburnu meyvələri çay, sirop, ekstrakt və toz şəklində C vitaminin orqanizmdə çatışmazlığı ilə əlaqədar olan qan azlığında, zəiflikdə, aterosklerozda, gec sağalan yaralarda, böyrək daşı xəstəliyində, qaraciyər problemində və s. xəstəliklərdə istifadə edilir.
Tibet təbabətində itburnu meyvələri öd ayrılmasında kömək edən və ümumi maddələr mübadiləsini yaxşılaşdıran vasitədir. İtburnunun tərkibi müxtəlif vitamin və kimyəvi elementlərlə zəngin olduğu üçün sağlam orqanizm üçün profilaktik, xəstə üçün çox lazımlı dərman vasitəsidir. Payız-qış fəsillərində itburnudan müntəzəm istifadə etmək daha xeyirlidir. Çiçəklərindən gülbəndi, mürəbbə, meyvəsindən isə şərbət, doşab və bir sıra faydalı məhsullar hazırlanır. Ətirli çayı min bir dərdin dərmanıdır. Kök və yarpaqlarından da dərman kimi yararlanmaq mümkündür.